Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşüb

Xəbərlər

26.09.2023 - 23:44

Şarl Mişel də qısa fikir mübadiləsi üçün görüş iştirakçılarına qoşulub

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb.

Bildirilir ki, Şarl Mişelin diplomatik müşavirləri Saymon Mordu və Maqdalena Qrononun təşkil etdiyi görüşdə Almaniya kanslerinin siyasi müşaviri Yens Plötner və Fransa Prezidentinin siyasi müşaviri Emmanuel Bonneau, həmçinin Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.

Qeyd olunub ki, Şarl Mişel də qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulub.

Vurğulanıb ki, Aİ iştirakçıları regiondakı mövcud vəziyyət və yerli əhalinin təcili ehtiyaclarının ödənilməsinə yönəlmiş müxtəlif səylər barədə fikir mübadiləsi aparmağa dəvət edib.

Qeyd olunub ki, Aİ bütün bu hadisələri diqqətlə izləyir və toqquşmaların mülki şəxslərə təsirinin aradan qaldırılmasına kömək etmək üçün ən yüksək səviyyədə çalışır.

Bəyanatda qeyd olunub ki, bu kontekstdə Aİ Azərbaycanın ötən həftə həyata keçirdiyi hərbi əməliyyatla bağlı mövqeyini bir daha vurğulayıb.

Hikmət Hacıyev Azərbaycanın yerli əhaliyə humanitar yardım göstərmək, eləcə də onların təhlükəsizliyini təmin etmək planlarından danışıb.

Müəllif: Ayna.az