Heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb

Xəbərlər

02.11.2023 - 20:42

cedabet dərman SEO Xidməti

Altı heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub

Altı heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, agentlik ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Oktyabrın 31-i və noyabrın 1-də AQTA əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Şamaxı, Ağdaş və Tovuz rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələrin siyahısı ilə linkindən tanış olmaq mümkündür.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş