Zakir Həsənov Prezidentin Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçular ilə görüşüb
İyunun 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər.