Hərbi Dəniz Qüvvələrinin gəmiləri ölkəmizə qayıdıblar

Xəbərlər

02.08.2022 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi dənizçilərimiz Rusiya Federasiyasında keçirilən bir sıra tədbirlərdə iştirak ediblər

Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan HDQ nümayəndə heyəti ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər Flotiliyasının rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə Azərbaycan HDQ ilə Rusiya HDD Xəzər Flotiliyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bundan başqa, hərbi dənizçilərimiz Rusiya Federasiyasında keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş