NATO Müdafiə Kollecinin növbəti buraxılışı keçirilib
Cari ilin 24 aprel tarixində İtaliya Respublikasının paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecinin növbəti buraxılışı keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Elnur Xudeynatov 33-cü NRCC Nato Regional Əməkdaşlıq Kursundan müvəffəqiyyətlə məzun olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Roma şəhərində yerləşən NATO Müdafiə Kolleci ilə artıq uzun illərdir əməkdaşlıq edir. Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının bariz göstəricisidir. Bu kollecdən məzun olan zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.