Hərbçilərimiz Türkiyədə: helikopterlər havaya qaldırılıb - VİDEO

Xəbərlər

18.05.2022 - 20:58

Ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar icra edilib

“Anatolian Phoenix - 2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən müxtəlif ölkələrin nümayəndələri uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçulara təlimin keçirilmə qaydaları, təhlükəsizlik və təşkilatı məsələlərlə bağlı digər mövzularda təlimat verilib.

Həmçinin ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar icra edilib.

Uçuş zamanı helikopterlərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi yoxlanılıb.

Müəllif: Ayna.az