Hər zaman güldürən Cem Yılmaz bu dəfə ağlatdı

Mədəniyyət

25.10.2019 - 14:44

Filmlərdə baş rolları Cem Yılmazla yanaşı Zafer Algöz, Özkan Uğur canlandırıblar

 

“28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Cem Yılmazın çoxdan gözlənilən “Karakomik filmler” komediyasının premyerası baş tutub.

 

AYNA xəbər verir ki, premyera zamanı qonaqlar ard-arda iki filmi izləmək imkanı əldə ediblər.

 

Ekran işinin birinci seriyası – “2 arada” adlanan film halal zəhmətilə yaşayan, saf və dürüst Ayzek adlı şəxsin həyatından bəhs edir. Filmdə hadisələr bir gəmidə cərəyan edir. Ayzek rolunu Cem Yılmaz ifa edir. İkinci - “Kaçamak” filmi isə tətilə çıxan 4 dostun başlarına gələn əyləncəli hadisələrdən bəhs edir.

CinemaPlus adlı şəxsin şəkli.

Filmlərdə baş rolları Cem Yılmazla yanaşı Zafer Algöz, Özkan Uğur canlandırıblar. Ekran əsərinin rejissorluğu da Cem Yılmaza məxsusdur. 

 

Tədbirin sponsorları: “Cinema Distribution” və “Şeh Su”dur.

CinemaPlus adlı şəxsin şəkli.

Qeyd edək ki, “Karakomik filmler” komediyasını izləmək istəyən tamaşaçılar da bir bilet almaqla iki filmi izləmək şansı qazanacaqlar. “CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Müəllif: Ayna.az