Aftandil İsrafilov dəfn olunub

Mədəniyyət

30.04.2023 - 14:22

Xalq artisti II Fəxri xiyabanda torpağa tapşırılıb

Xalq artisti Aftandil İsrafilov II Fəxri xiyabanda dəfn olunub. AYNA APA-ya istinadən xəbər verir ki, mərhumla əvvəlcə Heydər Məscidində vida mərasimi keçirilib.

Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, media mənsubları iştirak edib.

Vida mərasimindən sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn edilib.

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti dünən vəfat edib.

Aftandil İsrafilov dəfn olunub
Müəllif: Ayna.az