Ondan qanunsuz saxladığı ov tüfəngi və 19 ədəd patron aşkarlanaraq götürülüb
Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini B.Qurbanov şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək həmin gün həmkəndlisi Y.Məmişovun onu öldürməklə hədələdiyini bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Y.Məmişov saxlanılıb.
Onun yaşadığı evə baxış zamanı qanunsuz saxladığı ov tüfəngi və 19 ədəd patron aşkarlanaraq götürülüb.