HƏMAS tərəfindən Tel-Əvivə 130 raket atılıb

Dünya

12.05.2021 - 04:13

Şəhərdə hava hücumu xəbərdarlığı elan edildi

 

Fələstinli HƏMAS hərəkatı İsrailin paytaxtı Tel-Əviv və ətrafı istiqamətində 130 raket atdığını elan edib. AYNA xəbər verir ki, bu barədə TASS yerli mətbuata istinadən məlumat yayıb.

 

Bildirilir ki, hücumu Qəzza zolağına nəzarət edən Əl-Qəssam Briqadasının silahlı qanadı həyata keçirib. Şəhərdə hava hücumu xəbərdarlığı elan edildi. Bir neçə nəfərin yaralandığı qeyd edilir.

 

Qeyd edək ki, İsrail bu həftənin əvvəlində İsrail şəhərlərinə raket hücumlarına cavab olaraq Qəzzaya hücumlara başlayıb.

Müəllif: Ayna.az