Həbsdəki siyasətçiyə Almaniyada mükafat verildi

Dünya

16.11.2019 - 18:30

Almaniyada fəaliyyət göstərən  İnkişaf Alyansı təşkilatı(Progressive Alliance) “2019-cu ilin Siyasi Cəsarət Mükafatı“ mərasimi keçirib

 

AYNA xarici mətbuata əsasən xəbər verir ki, Stokholmda təşkil olunan mərasimdə mükafat alan siyasətçilər arasında hazırda həbsdə olan siyasətçi Səlahəddin Dəmirtaş da var.

 

Xalqların Demokratik Partiyası rəhbəri Ədirnə Cəza evində aldığı xəbərə sevinib və belə deyib: ““Çəsarət” mükafatını kürd və türk xalqları başda olmaqla bütün Türkiyədə yaşayan xalqlar adından qəbul edirəm".

 

Xatırladaq ki, Türkiyənin kürdyönümlü partiya rəhbəri Səlahəddin Dəmirtaş 2016-cı ildə terror qruplaşmalarına dəstəkdə təqsirləndirilərək azadlıqdan məhrum olunub. 


Türkiyənin bir qrup siyasətçisi onun ifadə azadlığı qurbanı olduğunu bəyan ediblər.

 

Müəllif: Raminə Eyvazqızı