Havanın temperaturu enəcək

Xəbərlər

24.07.2023 - 11:46

cedabet dərman SEO Xidməti

Temperatur 5-8° düşəcək

İyulun 24-ü səhərdən 26-sı səhərədək şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, iyulun 24-ü axşamdan 25-i səhərədək yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enərək iyulun 25-i gündüz saatlarında 25-28° isti olacaq.

İyulun 24-ü axşamdan 26-sı axşamadək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş