Havadan endirilən zərbələr: düşmən ağır itkilər verib - <font color=red> RƏSMİ</font>

Xəbərlər

11.10.2020 - 17:18

Düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib

 

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.

Müəllif: Ayna.az