Hava bu tarixədək qeyri-sabit keçəcək

Xəbərlər

18.03.2022 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

Martın 26-dək hava şəraiti qeyri-sabit keçəcək

Martın 20-dən 23-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək, martın 20-si axşam, 21-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bu barədə AYNA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir. 

Qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20 metr/saniyə olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi ehtimal edilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş