Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub
Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.
ABŞ və Türkiyənin müdafiə sənayesində əməkdaşlığa maneələrin aradan qaldırılması üçün açıq şəkildə siyasi iradə nümayiş etdirdiyi, cari məsələlərin həlli üçün texniki görüşlərin keçiriləcəyi qeyd edilib.
Tərəflər Suriya administrasiyası ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar. Suriyada sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyət ifadə edilib.
Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi və bu məsələnin regional sülh üçün zəruriliyi vurğulanıb.
Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq səyləri müzakirə edilib.
ABŞ-ın bununla bağlı səylərinin dəstəkləndiyi bildirilir. Qarşıdakı dövrdə dövlət başçısı səviyyəsində həyata keçiriləcək səfərlərlə bağlı işlər müzakirə edilib.
Bosniya və Herseqovinanın sabitliyinin Balkanlar üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.