Gürcüstanda bu tarixlərdə tətil elan olunub

Dünya

10.04.2021 - 00:56

Şura bütün şirkətlərə işçiləri distant rejimə keçirməyi tövsiyə edib

 

Gürcüstanda koronavirusla bağlı epidemioloji vəziyyət pisləşdiyindən Qurumlararası Koordinasiya Şurası mayın 4-dən 11-dək ölkədə tətil elan edib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir kİ, bu barədə hökumətin rəsmi saytında yazılıb.

 

Beləliklə, Gürcüstanda həftə sonu 30 apreldə başlayacaq və tətil 13 maya qədər davam edəcək. 30 aprel - 3 may - Gürcüstanda rəsmi Pasxa həftəsonu və 12 May - Müqəddəs Andrew günü münasibətilə istirahət günü olacaq.

 

Şura bütün şirkətlərə işçiləri distant rejimə keçirməyi tövsiyə edib.

 

Bundan əlavə, şuranın qərarına əsasən, mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsinə əsaslanaraq, gecə saat 21: 00-05: 00-a qədər olan hərəkət məhdudiyyəti qüvvədə qalır.

Müəllif: Ayna.az