Qonşu ölkədə 6,2 bal gücündə zəlzələ olub
Azərbaycanda zəlzələ olub. AYNA xəbər verir ki, zəlzələ ölkənin Qərb bölgəsində qeydə alınıb.
Qərb bölgəsində yaşayan vətəndaşlarımız sosial şəbəkələrdə yazıblar ki, zəlzələ Gəncə, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər ərazilərdə hiss olunub. Zəlzələnin 3-3.5 bal gücündə olduğu qeyd edilib.
Qeyd edək ki, bu gün saat 22:25-də Gürcüstanda güclü zəlzələ olub. Bu barədə Gürcüstanın Yer Elmləri İnstitutunun Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Sameba kəndi yaxınlığında 6,2 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat verilmir.