Qanunun pozulmasına görə cərimə və ya 5 ilə qədər həbs cəzası nəzərdə tutulur
Gürcüstanda “Xarici agentlərin qeydiyyatı haqqında” qanunda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə cinayət məsuliyyəti müəyyən ediləcək.
AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, ABŞ-da qüvvədə olan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun hərfi tərcüməsi olan hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının təqdim etdiyi qanun layihəsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər planlaşdırılır.
Təklifdə “Xarici agentlərin qeydiyyatı haqqında qanun”un pozulmasına görə cərimə və ya 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Ötən il etirazlar fonunda qəbul edilən qanunda tələblərə əməl edilməməsinə görə sadəcə inzibati cərimələr nəzərdə tutulmuşdu.