Kütləvi əfv aktı “humanitar münasibət” və “dövlət maraqları” ilə izah olunub
Gürcüstan Prezidenti Mixail Kavelaşvili bu gün misli görünməmiş sayda məhkum edilmiş şəxslərin əfv edilməsi haqqında akt imzalayıb. AYNA gürcü mediasına istinadən bildirir ki, ölkə başçısı bir aktla 613 nəfəri əfv edib.
Kütləvi əfv aktı “humanitar münasibət” və “dövlət maraqları” ilə izah olunub.
Əfv olunanların hansı maddələrlə mühakimə olunduğu barədə məlumat yoxdur.