Gürcüstan Ordusu hərbi təlimlər keçirib

Dünya

20.05.2022 - 03:24

Həkimlər Klinikalar SEO Xidməti

“Helati 2022” adı altında hərbi təlimlər baş tutub

Gürcüstan Müdafiə Qüvvələri Samtsxe-Cavaxetiya bölgəsindəki Orfolo poliqonunda “Helati 2022” adı altında hərbi təlimlər keçirib.

AYNA xəbər verir ki, hərbi təlimlər NATO-nun JTEC birgə hazırlıq mərkəzinin dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələrinin Baş Qərargahı və Qərb Komandanlığı tərəfindən təşkil olunub.

Əsasən, ordunun müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş təlimlərdə quru qoşunlarının, tank, artilleriya bölmələrinin, hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin, habelə hərbi polis, xüsusi mühafizə, sərhəd və sahil mühafizə qüvvələrinin bölmələri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının zabitləri də təlimlərin gedişini izləyiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş