Gürcüstan hökuməti daha sərt tədbirlərə əl atıb

Dünya

30.03.2020 - 18:45

cedabet dərman SEO Xidməti

Marneuli və Bolnisi rayonlarında martın 23-dən ciddi karantin rejimi tətbiq olunub

 

Gürcüstan hökuməti sabahdan etibarən ölkənin bütün ərazisində karantin elan olunması barədə qərar qəbul edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxaria məlumat verib.

 

Baş nazir bildirib ki, hökumət fövqəladə vəziyyətlə bağlı tədbirləri daha da gücləndirməyə qərar verib və sabah yerli vaxtla saat 08:00-dan etibarən bütün ölkə ərazisində karantin elan olunması qərara alınıb. 

 

G.Qaxarinin sözlərinə görə, həmçinin sabahdan Gürcüstanın bütün ərazisində komendant saatı tətbiq olunacaq: "Saat 21:00-dan saat 06:00-dək piyadaların və nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək".

 

Qeyd edək ki, Gürcüstanda indiyədək təsdiqlənən koronavirus hallarının sayı 100-ə çatıb. Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilir ki, karantində 4 978, stasionar nəzarətdə isə 266 nəfər saxlanılır. Bu günə qədər ölkədə koronavirusa yoluxanların 18-i sağalıb. 

 

Onu da xatırladaq ki, Gürcüstanın Marneuli və Bolnisi rayonlarında martın 23-dən ciddi karantin rejimi tətbiq olunub. Hələlik aprelin 21-dək fövqəladə vəziyyət qüvvədədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş