“Mixail Saakaşvilinin ölkə sərhədini keçməyib. Buna icazə verilməyəcək”
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) sabiq Prezident Mixail Saakaşvilinin Batumidə olmasına dair yaydığı videomüraciətinə münasibət bildirib.
AYNA gürcü mediasına istinadən bildirir ki, DİN keçmiş Prezidentin iddiasını təkzib edib.
“Mixail Saakaşvilinin ölkə sərhədini keçməyib. Buna icazə verilməyəcək”, - deyə nazirliyin məlumatında qeyd edilib.
Xatırladaq ki, bu gün səhər saatlarında Saakaşvili “Facebook” hesabında Batumidə olduğu barədə video paylaşıb, 8 ildən sonra Gürcüstana qayıtdığını açıqlayıb.