“Gürcü Arzusu” Tiflisdə uduzdu

Dünya

27.10.2024 - 14:21

cedabet dərman SEO Xidməti

Gürcüstanda hakim partiya paytaxtın bütün seçki dairələrində məğlub olub

Gürcüstanın paytaxtı Tidlisin bütün rayonlarında keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası uduzub. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə seçki məntəqələrinin 100%-nin səslərinin hesablanmasından sonra ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında qeyd olunub.

Yekun hesablamalardan sonra hakim partiya Vake, Saburtalo, Qldani, Samqori, İsani, Mtatsminda, Krtsanisi, Çuğureti, Nadzaladzevi və Didube rayonlarında 50%-dən az səs toplayıb.

Ümumilikdə, paytaxtda hakim partiya 45,54%, digər partiyalar isə 45,8% səs toplayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş