Mamuka Mdinaradze: “Agentlər antimilli söz-söhbətlərlə seçkilərə təsir göstərməyə çalışırlar”
Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanımayacaq. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib.
“Agentlər antimilli söz-söhbətlərlə seçkilərə təsir göstərməyə çalışırlar ki, guya “Gürcü arzusu” Abxaziyanın və qondarma Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq, konfederal struktura keçməklə ölkəni birləşdirəcək”, partiya rəsmisi “Facebook”da yazıb.
“Heç bir tanınma və ya buna bənzər antimilli məsələlər nəzərdən keçirilmir”, - Mdinaradze əlavə edib.