Göyçayda faciə: yeniyetmə doğum günündə öldü

Hadisə

15.11.2020 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

15 yaşlı oğlan həyətin dəmir darvazasını qəflətən üstünə aşırıb

 

Göyçay rayonunda yeniyetmə faciəli şəkildə ölüb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb.

 

Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu uşaqlarla birgə oynayarkən ehtiyatsızlıq edib, həyətin dəmir darvazasını qəflətən üstünə aşırıb.

 

Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. O, tibbi yardım göstərilməsinə baxmayaraq, vəfat edib. Qeyd edək ki, 14 noyabr Fərid Qədirovun ad günü idi, onun 15 yaşı tamam olurdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş