Goranboyda minik maşını aşıb

Xəbərlər

09.06.2025 - 19:15

cedabet dərman SEO Xidməti

İki nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Samir Məmmədovun idarə etdiyi "Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, minik maşını yolun kənarına aşıb.

Qəza zamanı sürücünü övladı 2010-cu il təvəllüdlü Nicat Məmmədov, 1953-cü il təvəllüdlü Aslan Məmmədov xəsarət alıblar. Yaralılar Təcili yardım maşını ilə Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş