Goranboyda mikroavtobus aşıb, xəsarət alanlar var

Xəbərlər

24.07.2022 - 09:30

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar xəstəxanaya yerləşdirilib

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Qaramusalı kəndində qeydə alınıb.

Fəhlələri daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş