Gimnastımız kubok qazanıb

İdman

03.07.2022 - 18:59

Selcan Mahsudova Beynəlxalq Gimnastika Federasiyasının kubokuna layiq görülüb

Azərbaycan idman gimnastı Selcan Mahsudova Beynəlxalq Gimnastika Federasiyasının kubokuna (FIG) layiq görülüb.

Azərbaycan Gimnastika Federasiyasından AYNA-ya verilən məlumata görə, idmançı İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə keçirilən Dünya kubokundakı nəticəsinə əsasən təltif olunub. O, yarışı beşinci pillədə başa vurub.

Bu mükafat gimnastların il ərzində iştirak etdiyi dörd Dünya kubokundan üçündə topladığı xalların cəminə əsasən təqdim edilir.

Müəllif: Ayna.az