Cəlilabadda 2 nəfər bıçaqlanıb
Cəlilabadda iki gəncə bıçaqla xəsarət yetirməkdə şübhəli sayılan şəxs saxlanılıb.
AYNA-nın APA-ya istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev bildirib ki, əməli törətməkdə şübhəli bilinən 27 yaşlı E. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.