Gəncədəki Rus Pravoslav kilsəsində şəhidlərimizin xatirəsi anılıb - <font color=red> VİDEO</font>

Xəbərlər

14.10.2020 - 20:12

Keşiş şəhidlərin ruhuna dualar oxuyub

 

Oktyabrın 14-də Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinləri anma mərasimi keçirilib.

 

AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, kilsənin keşişi Denis Sotnikov həlak olanların və Azərbaycan şəhidlərinin ruhuna dualar oxuyub, Azərbaycan Ordusuna qalibiyyət arzulayıb.

 

Qeyd edək ki, ermənilərin Gəncəni atəşə tutması nəticəsində Aleksandr Nevski Provaslav kilsəsi də zərər görüb.

Müəllif: Ayna.az