Mənzilin döşəməsi və giriş qapısının çərçivəsi qismən yanıb
Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin döşəməsi 1 m² sahədə və giriş qapısının taxtadan ibarət çərçivəsi qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən AYNA-ya bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.