Gəncədə köşklərdən oğurluq edilib

Xəbərlər

04.12.2023 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Bir nəfər şübhəli şəxs qismində saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərə qeyri-qanuni yolla daxil olaraq oradan nağd pul, tütün, energetik içki digər satış mallarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş Xalıq Məmmədov cari ilin noyabr ayında şəhər ərazisində fəaliyyət göstərən 2 köşkə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 5 min manata yaxın müxtəlif əmtəə mallarını və nağd pul vəsaitlərini oğurlayıb.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş