Bir nəfər şübhəli şəxs saxlanılıb
Gəncədə 31 yaşlı kişiyə restoranda xəsarət yetirən şəxs saxlanıb.
AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Y. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı Ömər Tağızadə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.