Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Füzuli parkında qeydə alınıb.
1999-cu il təvəllüdlü Məmmədov Rəvan qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.