Xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir
Gəncə sakini, 1973-cü il təvəllüdlü Əliyev Yaşar Müzəffər oğlu özünə xəsarət yetirib.
AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
O, hər iki qolların kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Onun özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.