Aktivlər Moskva Ukraynaya vurduğu ziyanı ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq
Rusiyanın G7 (“Böyük yeddilik”) üzv ölkələrinin yurisdiksiyalarında olan aktivləri Moskva Ukraynaya vurduğu ziyanı ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu şərt G7 ölkələrinin qeyri-rəsmi beynəlxalq klubunun Bəyannaməsində qeyd edilib.
Sənəddə deyilir: “Biz beynəlxalq təzminat mexanizminin zəruriliyini qəbul edirik və müvafiq alətlərin işlənib hazırlanması variantlarını araşdırmağa hazır olduğumuzu bildiririk”.
Qeyd edək ki, bu ilin aprel ayında G7-yə üzv ölkələrin xarici işlər nazirləri birgə bəyanat yayaraq, G7 ölkələrinin Ukraynadakı münaqişə həll olunana qədər Rusiya aktivlərinin dondurulmuş vəziyyətdə saxlamağa davam edəcəklərini açıqlayıblar.