Füzulidə faciəvi hadisə

Hadisə

14.06.2022 - 16:16

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Füzuli rayonunda yeniyetmə oğlan kanalda boğulub. AYNA bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində baş verib. Kanalda 17 yaşlı Süleymanov Zaur Elşən oğlu batıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Müəllif: Ayna.az