Füzuli və Ağdama köç tarixi açıqlanıb

Xəbərlər

11.06.2023 - 22:04

cedabet dərman SEO Xidməti

Hazırda Füzulidə 6 məhəllə inşa olunur

Keçmiş məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlanıb. AYNA “Report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib ki, ilk növbədə, sosial şəraiti ağır olan, qəzalı vəziyyətdəki müvəqqəti məskunlaşma yerlərində yaşayan, eyni zamanda, tərkibində iş qabiliyyəti olan şəxslərə aid ailələrin məskunlaşmasına üstünlük verilir.

“Məsələn, Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə bu cür şəraitdə yaşayan 20 məc­buri köçkün ailəsinin (90 nəfər) köçürülməsi bunun bariz ifadəsidir”, - E.Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Füzulidə 6 məhəllə inşa olunur: “38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur. Bu proses iki mər­hələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir”.

E.Hüseynov qeyd edib ki, əsas məqsəd işğaldan azad olunmuş əra­zilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək keyfiyyətlə, eyni zamanda, nəzərdə tutulan vaxtda həyata keçirilməsidir.

Xüsusi nümayəndə əlavə edib ki, Ağdam şəhərində ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaş­manın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur.

“Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır”, - E.Hüseynov əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş