FTX Simferopol və Krımın mitropolitinə qarşı terror aktının qarşısını alıb

Dünya

28.02.2025 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

“Terror aktını hazırlayan şəxslər mitropolit Tixonun köməkçisi Denis Popoviç və Sokolniki kilsəsinin keşişi Nikita İvankoviçdir”

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Simferopol və Krımın mitropoliti Tixona qarşı terror aktının qarşısını alıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.

Qeyd olunub ki, FTX əməkdaşları Moskvada iki nəfəri - ukraynalı və rusiyalını saxlayıblar. Onlar Simferopol və Krımın Rus Pravoslav Kilsəsinin rəhbəri Georgi Şevkunova qarşı terror aktı hazırlamaq üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb ediliblər.

“Terror aktını hazırlayan şəxslər mitropolit Tixonun köməkçisi Denis Popoviç və Sokolniki kilsəsinin keşişi Nikita İvankoviçdir. Ukrayna kəşfiyyatı onları ailələri ilə hədələyib”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş