Fransada koronavirusdan ölənlərin sayı artıb

Dünya

22.04.2020 - 03:43

cedabet dərman SEO Xidməti

Xəstəxanaya yerləşdirilənlərin sayı 30 106 nəfərə çatıb

 

“Fransada COVID-19 epidemiyası son sutka ərzində 531 nəfərin ölümünə səbəb olub”. 

 

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Baş Səhiyyə İdarəsinin baş direktoru Jerome Salomon keçirdiyi brifinqdə bildirib.

 

O qeyd edib ki, bu günə qədər ölənlərin sayı 20796 nəfər olub: "Onlardan 12 900 nəfəri xəstəxanalarda,  digər 7896 nəfəri isə qocalar evlərində, digər tibbi və sosial müəssisələrdə ölüb”.

 

Baş direktorun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin sayı 30 106 nəfərə çatıb: “Hazırda reanimasiyada 5443 nəfər var. Son 13 gün ərzində reanimasiyada olanların sayında azalma müşahidə olunub. Ölkə üzrə COVID-19 infeksiyasına yoluxanların sayı ümumilikdə 117 324 nəfərdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş