Fransada koronavirusa yoluxanların sayı beş nəfərə çatıb

Dünya

30.01.2020 - 04:24

cedabet dərman SEO Xidməti

Təhlükəli virusa yoluxanların sayı getdikcə artır 

 

Fransada koronavirusa yoluxanların sayı beş nəfərə çatıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bunu Fransanın Səhiyyə naziri Anyes Buzen deyib.

 

Onun sözlərinə görə, xəstə 80 yaşlı çinli qadının qızıdır.

 

O, yanvarın 28-i ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa (2019-nCoV) yoluxanların sayı 6 mini ötüb, ölənlərin sayı isə 133 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş