“Qlobal təhlükəsizlik” qanunu layihəsi əleyhinə nümayişlərdə “İslamofobiyaya STOP!” da deyilib
Fransada “qlobal təhlükəsizlik” qanununun əleyhinə nümayişlərdə islamofobiyaya qarşı da etiraz edilib. AYNA xarici mediaya istinadən bildirir ko, aksiyalarda, “Azadlığı boğan qlobal təhlükəsizlik qanunu layihəsinə STOP!”, “İslamofobiyaya STOP!” şüarları səsləndirilib.
Şüarlarda polis zorakılığına, eləcə də hökumətin islamofobiya xarakteri daşıyan “separatizm” əleyhinə qanun layihəsinə etiraz edilib.
Qeyd edək ki, üç həftədir davam edən aksiyalar getdikcə daha da ciddiləşir.