"Bir çobanın həlak olması xəbərini eşitdim, məyus oldum”
Fransanın Bakıdakı səfiri Zakari Qross Azərbaycana başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə diplomat “Twitter”də yazıb.
“Dünən Ağdam yaxınlığında döyüş sursatının partlaması nəticəsində bir çobanın həlak olması xəbərini eşitdim, məyus oldum”, - deyə, o qeyd edib.
Xatırladaq ki, mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarov çoxsaylı qəlpə yarası alması nəticəsində ölüb.