Fransa Martinikdə komendant saatının müddətini uzadıb

Dünya

15.10.2024 - 19:54

Həkimlər Klinikalar SEO Xidməti

Komendant saatı oktyabrın 21-i yerli vaxtla saat 05:00-a qədər tətbiq ediləcək

Fransa Martinik bölgəsində sentyabrda qiymət artımında başlayan kütləvi etirazlar fonunda komendat saatının müddəti 1 həftə uzadıb.

AYNA “Reuters“ə istinadən xəbər verir ki, Martinik administrasiyası oktyabrın 21-i yerli vaxtla saat 05:00-a qədər komendant saatı tətbiq ediləcəyini və insanlara yalnız iş və ya sağlamlıq səbəbləri ilə səyahət etmək və ya küçədə olmaq icazəsi veriləcəyini açıqlayıb.

Qeyd edək ki, komendant saatının müddətinin oktyabrın 14-də başa çatması nəzərdə tutulurdu.

Müəllif: Ayna.az