Fransa hökumətinin tərkibi dəyişib

Xəbərlər

20.05.2022 - 21:11

Həkimlər Klinikalar SEO Xidməti

Katrin Kolonna Fransanın yeni xarici işlər naziri təyin edilib

Fransa hökumətində yeni nazirlər təyin edilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, təyinatları Yelisey sarayının baş katibi Aleksis Koler elan edib. Katrin Kolonna Fransanın yeni xarici işlər naziri təyin edilib. O, 2017-ci ildən şöbəyə rəhbərlik edən Jan-İv Le Drianı əvəz edib.

Fransanın Silahlı Qüvvələr Nazirliyinə Sebastyan Lekornyu rəhbərlik edəcək. Daxili işlər naziri Cerald Darmanin, iqtisadiyyat və maliyyə naziri isə Bruno Le Mer olacaq.

Anyes Panye-Runaşe energetika naziri vəzifəsini icra edəcək. Əvvəlki hökumətdə o, sənaye nazirinin nümayəndəsi vəzifəsində çalışıb.

Bundan əlavə, Ameli de Monşalen Fransanın ətraf mühitin planlaşdırılması və əraziləri naziri təyin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş