Fizika üzrə Nobel Mükafatının qalibləri bəlli oldu

Xəbərlər

03.10.2023 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

Mükafatı qazananların adları açıqlanıb

İsveç Kral Elmlər Akademiyasının Fizika üzrə Nobel Komitəsi 2023-ci ildə bu sahədə “Nobel” mükafatını kimin qazandığını açıqlayıb.

AYNA xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.

Bildirilib ki, mükafat Pyer Aqostiniyə (Ohayo Universiteti, ABŞ), Ferenç Krausa (Plank İnstitutu, Almaniya) və Anna L'Huilyeyə (Lund Universiteti, İsveç) təqdim edilib.

Onlar “maddədəki elektronların dinamikasını öyrənmək üçün nanosaniyəlik işıq impulslarını yaradan eksperimental üsullara görə” bu mükafata layiq görülüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş