Təyyarə Sillanpaya hava limanı yaxınlığındakı meşəyə düşüb
Finlandiyada Kouvoladakı aviaşouda təyyarə qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə fin polisi məlumat yayıb.
Bildirilib ki, pilot akrobatika ilə məşğul olarkən ölüb.
Qeyd olunur ki, təyyarə Sillanpaya hava limanı yaxınlığındakı meşəyə düşüb. Hadisə yerində hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Bildirilib ki, təyyarə qəzaya uğrayan zaman şou tamaşaçıları təhlükə altında olmayıb, heç kim xəsarət almayıb.