Finlandiya Ukraynaya hava hücumundan müdafiə vasitələri verəcək

Dünya

27.08.2026 - 21:17

“Finlandiyanın hələ də sahib olduğu bəzi vacib hava hücumundan müdafiə vasitələrini bağışlayacağıq”

Finlandiya qışın yaxınlaşması öncəsi Ukraynaya vacib hava hücumundan müdafiə vasitələrini bağışlayacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Prezident Aleksandr Stubb "We Are Ukraine" televiziya kanalına verdiyi müsahibədə deyib.

"Biz Ukraynaya - dəqiq nə deməyəcəyəm - Finlandiyanın hələ də sahib olduğu bəzi vacib hava hücumundan müdafiə vasitələrini bağışlayacağıq. Hamımız bilirik ki, qış yaxınlaşır. Finlər və ukraynalılar qış haqqında bir-iki şey bilirlər", - Stubb deyib.

Finlandiya Prezidenti həmçinin bu məsələni ukraynalı həmkarı Volodimir Zelenski ilə müzakirə etdiyini bildirib.

Əvvəllər CNN Ukraynanın demək olar ki, heç bir “Patriot” tutucu raketinin qalmadığını və Ukrayna Silahlı Qüvvələrinin bu sistemləri Rusiya ballistik raketlərinə qarşı istifadə edə bilmədiyini demişdi. Zelenski özü daha sonra etiraf etmişdi ki, Ukraynanın qarşıdan gələn qışdan sağ çıxması üçün “Patriot”lara ehtiyacı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş