Videoda raketlərin qırıcıya necə quraşdırıldığını və sonra yer hədəfi kimi seçilmiş tanka necə atıldığı görünür
Finlandiya, Böyük Britaniya və İsveç arasında keçirilən birgə təlimlər zamanı ilk dəfə olaraq “AGM-114 Hellfire” hava-yer tipli idarəolunan raketlərin buraxılışı həyata keçirilib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələri məlumat yayıb.
Mayın 12-də Rovajarvi poliqonunda “Northern Strike 125” və “Northern Star 25” təlimləri başlayıb.
Finlandiya Müdafiə Qüvvələri “X” sosial şəbəkə hesabında bir video paylaşıb. Videoda raketlərin qırıcıya necə quraşdırıldığını və sonra yer hədəfi kimi seçilmiş tanka necə atıldığı görünür.
Təlimlərdə İsveç və Böyük Britaniya da daxil olmaqla 6500-ə yaxın hərbçi iştirak edir. Finlandiya Quru Qüvvələrinin məlumatına görə, təlimlərə raketlərdən əlavə, Britaniyanın “AH-64E Apache” hücum helikopterləri, Finlandiyanın “F/A-18 Hornet” qırıcıları və hər üç ölkənin Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub.