Tərəflər ikitərəfli münasibətləri, inkişaf yollarını və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər
Liviya Nümayəndələr Palatasının (parlament) sədri Aqila Saleh və Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviya böhranının həlli yollarını və regiondakı vəziyyəti müzakirə ediblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, parlamentin sözçüsü Abdullah Blihakın sözlərinə görə, görüş zamanı Saleh "dövlət qurumlarını birləşdirmək və Liviya xalqının iradəsini əks etdirən prezident və parlament seçkiləri keçirməklə Liviya böhranının həllinin vacibliyini vurğulayıb".
Tərəflər həmçinin ikitərəfli münasibətləri, inkişaf yollarını və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
Nümayəndələr Palatasının sədri Liviya İnkişaf və Yenidənqurma Fondunun iştirakı ilə həyata keçirilən Liviya şəhərlərində yenidənqurma və inkişaf layihələrini dəstəkləyib və ölkənin şərqində və cənubunda bu proqramlarda türk şirkətlərinin iştirakını alqışlayıb.
Salehin Fidanla danışıqları Türkiyə xarici işlər nazirinin çərşənbə günü Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla görüşündən sonra Benqazidə baş tutub.
Qeyd edək ki, Fidan Liviyaya iki günlük rəsmi səfər edib. Bu, onun Benqaziyə ilk səfəridir.